Ermənistan : Çexiya - 0: 3
26 mart 2013 22:20 (UTC +04:00)

Ermənistan : Çexiya - 0: 3

Bu gün futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. B qrupunda çıxış edən Ermənistan yığması Çexiya millisini qəbul edib. Oyun 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Torları 47-ci və 81-ci dəqiqələrdə Vıdra və ikinci hissəyə artırılmış vaxtın 4-cü dəqiqəsində Kolarj vurublar.

 

Bu oyundan sonra Ermənistan yığması 4 görüşdən 3 xal toplayıb.

 

 

# 650
avatar

Oxşar yazılar