Rusiyada yaşayan ermənilər “Urartu” adlı futbol klubu yaradıblar. Lent.az-ın məlumatına görə, İrəvanda təsis olunan klubun heyətində hazırda 30 futbolçu məşq edir.
Onlardan 7-si Rusiya vətəndaşlarıdır. Hazırda İrəvanda hazırlıq keçən “Urartu” martın 3-də Belarusun paytaxtı Minskə təlim-məşq toplantısına yollanacaq. Minskdə 3 həftəlik hazırlıqdan sonra isə komanda İspaniyanın Barselona şəhərində toplanışda olacaq.
“Urartu”nun baş məşqçisi Armen Sanamyan, icraçı direktoru Artak Məlikyandır. Məlikyanın sözlərinə görə, kluba belə adın verilməsində məqsəd Ermənistanı reklam etmək və “ilk erməni dövləti” haqqında dünyanı məlumatlandırmaqdır.