Türkmənistanda keçirilən buzüstü hokkey üzrə Prezident Kubokunda 60:0 hesabı qeydə alınıb. Lent.az-ın məlumatına görə, Rusiyanın yeniyetmələrdən ibarət “Gümüş Şirlər 95” komandası məhz bu hesabla Birləşmiş Ərəb Əmirlikləri yığmasını məğlubiyyətə uğradıb.
Bununla da “Gümüş Şirlər 95” yarımfinala yüksəlib. Turnirdə hokkeyçilərinin yaşı 17-dək olan komandalar çıxış edirlər.
Hokkey tarixində rəsmi matçlarda ən böyük hesablı qələbə isə Cənubi Koreya – Tailand matçında qeydə alınıb. Asiya və Okeaniya ölkələrinin yeniyetmələrdən ibarət komandaları arasında keçirilmiş çempionat matçı koreyalıların qələbəsi ilə yekunlaşıb - 92:0.