Əmrə: "Türkiyədə hər kəs öz bildiyini danışır"
03 noyabr 2014 12:21 (UTC +04:00)

Əmrə: "Türkiyədə hər kəs öz bildiyini danışır"

“Fənərbağça”nın “Beşiktaş”a 2:0 hesabı ilə qalib gəldiyi derbi oyunundan sonra “sarı-lacivərdlilər”in kapitanı Əmrə Belözoğlu açıqlama verib. Lent.az-ın məlumatına görə, klubun televiziyasına danışan 34 yaşlı yarımmüdafiəçi kəskin fikirlər səsləndirib. Əmrə öncə boğazındakı ləkəni göstərərək, oyun ərzində ona qarşı olan kobudluğu istehza ilə göstərməyə çalışıb: “Soyunub-geyinmə otağında özüm etmişəm. Yəni özüm özümü bu hala gətirmişəm. Heç kim məni zədələməyib ki”.

Daha sonra ona ünvanlanan tənqidlərə cavab verən Əmrə belə davam edib: “Türkiyədə hər kəs öz bildiyini danışır. Hər kəs öz bildiyi kimi hərəkət edir. Əgər bir oyunun, qalmaqalın içində mən varamsa, deməli, heç kim obyektiv danışmaz. Əsas odur ki, biz öz yolumuza davam edirik. “Beşiktaş”la oyun çox maraqlı alındı. Qələbə qazanmadığımız üçün şadam”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Tengiz Məmmədov

Oxşar yazılar