Emeqara "Qarabağ"dan getdi
20 dekabr 2014 13:14 (UTC +04:00)

Emeqara "Qarabağ"dan getdi

0

“Qarabağ”ın hücumçusu İnnosent Emeqara klubdan ayrılıb. Lent.az-ın qol.az-a istinadən verdiyi xəbərə görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Emeqaranın ailəsindəki problemlər səbəbindən komandadan ayrıldığını bildirib: “Emeqaranın ailəsində həqiqətən ciddi problemlər var. Onun özü ilə danışmışıq. Böyük ehtimalla, Emeqara artıq komandaya qayıtmayacaq”. 
 

Emeqara anasının səhhətindəki problem səbəbindən ötən həftə təcili İsveçrəyə gedib.

 

Qeyd edək ki, Nigeriya əsilli 25 yaşlı futbolçu mövsümün əvvəlində İtaliyanın “Siena” klubundan “Qarabağ”a transfer olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar