Elnur Məmmədlinin yeni "Porşe"si
11 iyun 2015 17:31 (UTC +04:00)

Elnur Məmmədlinin yeni "Porşe"si

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elnur Məmmədli ötən il söz-söhbətə səbəb olan bahalı maşınını dəyişib. 

Lent.az-ın anspress-ə istinadən məlumatına görə, idmançı bu gün "Günə Baxan" verlişinin qonağı olub.

Ən diqqət çəkən məqam isə onun bahalı maşını olub. Belə ki, ötən il ağ rəngli son buraxılışı "Porşe Panamera" idarə edən idmançı bu il eyni maşının qara rənglisini sürür. 

Qızıl medal sahibi 20 min manat dəyəri olduğu iddia edilən nömrəsini isə dəyişməyib. Belə ki, 10-EM-010 dövlət nömrə nişanını yeni maşınında da istifadə edir. Onun ötən il maşınını 200 min dollara aldığı deyilirdi. 

Bakıda satılan eyni adlı maşınların qiyməti 90 min manatdan başlayır. Ən bahalı modelin dəyəri isə 225 min manatdır. 

Qeyd edək ki, idmandan uzaqlaşan Elnur Məmmədli hazırda bizneslə məşğul olur. Onun 6 "Nömrə 1" adlı supermarketi var.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Oxşar yazılar