Əfsanəvi futbolçu, İsveç yığmasının və “Barselona”nın sabiq hücumçusu Henrik Larsson məşqçiliyə başlayıb. Lent.az-ın məlumatına görə, 43 yaşlı Larsson ölkəsinin “Helsinborq” klubunun sükanı arxasına keçib. Roara Hanseni əvəzləyən keçmiş “7 nömrə”nin qarşısına komandanın yüksək yerlərdən birini tutmaq missiyası qoyulub.
Qeyd edək ki, Larssonun oğlu Cordan “Helsinborq”da çıxış edir.