Dünya Kubokunun ən gənc sahibi Bakıda yarışacaq
12 iyun 2015 03:17 (UTC +04:00)

Dünya Kubokunun ən gənc sahibi Bakıda yarışacaq

Dağ velosipedi idmanı üzrə Dünya Kubokunun ən gənc qalibi isveçrəli Yolanda Neff yarışa hazırlaşır. Lent.az-ın “Bakı 2015” saytına istinadən verdiyi xəbərə görə, isveçli Yolanda Neff keçən il Beynəlxalq Velosiped İttifaqı üzrə Dünya Kubokunu qazanmış ən gənc idmançıdır. Bu zaman o, 21 yaşında idi. O, Bakı 2015 ilk Avropa Oyunlarının şənbə günü baş tutacaq qadınlar arasında dağ velosipedi idmanı üzrə yarışlarda favorit idmançı sayılır. Bu yarışlarda Yolanda, rəqibləri ilə mübarizədə ilk medalını qazana bilmək üçün iştirak edəcək.

 

Gənc velosipedçi özü haqqında danışarkən insanlarla ünsiyyət qurmağı sevdiyini deyib. Ətrafdakıların məsləhətlərindən hər zaman yararlanan Yolandanın fikrincə, insanlarla belə yaxınlıq, onun hər zaman uğur qazanmasına köməklik edir: “Bu çox gülməlidir, əgər hər rastlaşdığın adamdan nə isə kiçik bir şey əldə etsən, sən çox şeyi bir yerə toplaya bilərsən. Mənə gəldikdə isə, mən həmişə o şeylərlə əlaqədə olmuşam. Məşq zamanı adamlarla danışıram. Müxtəlif yerlərdən məlumat alıb, sonra da onlardan mənim üçün ən yaxşısını qəbul edirəm”.

 

Bakı 2015 birinci Avropa Oyunlarında mübarizə aparacaq idmançı, vətənində "dağ velosipedi idmanı yarışlarının kraliçasi" kimi də tanınır. O, Dünya Çempionu tacını qoruyub saxlamağı hələ də uğurla davam etdirir. Belə ki, o, bu ilin mayında keçirilmiş iki açılış yarışlarında qələbə qazanaraq zirvəyə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar