Dünya kuboku-2015: Rəcəbov və Məmmədyarov növbəti mərhələdə
16 sentyabr 2015 23:58 (UTC +04:00)

Dünya kuboku-2015: Rəcəbov və Məmmədyarov növbəti mərhələdə

0

Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsi başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov tay-brekdə uğurla oynayaraq, növbəti mərhələyə yüksəliblər.

 

Teymur Rəcəbov sürətli partiyada israilli İlya Smirinin üzərində iki qələbə qazanıb. 1/16 mərhələdə Rəcəbov rusiyalı Pyotr Svidlerlə qarşılaşacaq. Çinli Hou İfana qalib gələn Şəhriyar da növbəti mərhələyə yüksəlib. Onun rəqibi hələ məlum deyil.

 

Xatırladaq ki, bir gün əvvəl Qədir Hüseynov da 1/16 finala yüksəlib və burada o, Dinq Lirenlə qarşılaşacaq. Ermənistanın sonuncu təmsilçisi Levon Aronyan isə Dünya Kuboku ilə vidalaşıb. Bu gün o, ukraynalı Aleksandr Areşenkoya uduzub.

 

Beləliklə, Kubok uğrunda mübarizəyə qoşulmuş dörd erməni şahmatçının hər biri uduzaraq, mübarizəni tərk ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar