İtaliya milli komandasının sabiq müdafiəçisi Fabio Kannavaronun həbs müddəti bəlli olub. Apasport.az saytının məlumatına görə, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının qalibi olan veteran futbolçuya 10 aylıq cəza kəsilib.
Hazırda Çinin “Quancjou Everqrand” klubunda baş məşqçi vəzifəsində çalışan “Qızıl top”un (2006) sahibi vergidən yayınmaqda şübhəli bilindiyi üçün həbs olunub.
Xatırladaq ki, Kannavaronun qardaşı, “Sassuolo”da forma geyinən Paolo və Fabionun xanımı Daniel Arenozo da müxtəlif müddətə həbs olunub. Onların hər ikisi dələduzluqda şübhəli bilinir.