Argentina yığmasının və “Napoli” klubunun keçmiş futbolçusu Dieqo Maradona Buenos-Ayres aeroportunda saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə bazar ertəsi, avqustun 29-da, “GazettaWorld” nəşri xəbər verib.
Əfsanəvi futbolçunun üzərindən saxta pasport və aviabiletlər aşkar edilib.
Nəşr qeyd edir ki, hadisə D.Maradonanın sevgilisi Rosio Oliva ilə birgə Dubaya uçmağa çalışdığı zaman baş verib. Futbolçuya ölkəni tərk etməyə icazə verilməyib.
Maradona bu addımın onun siyasi mövqeyinə qarşı cavab olduğunu bildirib.
“Mən heç kimə həyatım ilə idarə etməyə icazə vermərəm. Son 15 ildə nə istəyirəm, onu da edirəm, heç kim mənə göstəriş verə bilməz. Mənim vəkilim bu işlə məşğul olacaq. Əminəm ki, bu işin arxasında siyasətçilər durub. Bütün bunlar çox qəribədir”, - Maradona bəyan edib.