Türkiyənin “Qalatasaray” futbol komandasının yeni transferi Didye Droqbanın İstanbulda yaşayacağı mənzil müəyyənləşib. Lent.az-ın məlumatına görə, Fil Dişi Sahilindən olan hücumçu Avropanın ən hündür binalarından olan “Sapphire Levent”ə üstünlük verib.
O, binanın 15-ci mərtəbəsində Boğaz mənzərəli, 4 otaqlı mənzil seçib. Droqba həmin mənzilə ayda 10 min dollar kirayə haqqı ödəyəcək. Təcrübəli futbolçu evin mebellərini İtaliyadan xüsusi olaraq gətizdirəcək.
Qeyd edək ki, 261 metr hündürlüyə malik “Sapphire Levent” Türkiyənin ən uca binası sayılır. Bu bina Rusiya istisna olmaqla, “Shard London Bridge”dən sonra Avropada ikincidir.