İspaniya yığmasının baş məşqçisi Visente del Boske Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Lüksemburqa qalib gəldikləri (4:0) oyunu şərh edib. Lent.az-ın məlumatına görə, o, millidəki çıxışına görə tənqid olunan Dieqo Kostaya dəstək olub: “Hamımız istəyirdik ki, Kosta bu oyunda qol vursun. Nəhayət, tilsimi qırdıq. Kostanın İspaniya yığmasını seçməsi məni çox sevindirdi. Daim üzərində çalışır. Yaxın gələcəkdə Kosta komandamız üçün ən vacib oyunçulardan biri olacaq”.
Qeyd edək ki, Lüksemburqla oyunda ispanların qollarından birini məhz Dieqo Kosta olub. Bu, Braziliya əsilli hücumçunun İspaniya millisində vurduğu ilk qol olub.