Danışılmış oyunlarla bağlı iclas
12 mart 2013 19:01 (UTC +04:00)

Danışılmış oyunlarla bağlı iclas

Bakıda YUNESKO-nun Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin  iclası öz işinə başlayacaq . Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantı  Komitənin  verdiyi müvafiq qərar əsasında baş tutacaq.

 

 Tədbirdə 50-dən çox nümayəndənin iştirakı gözlənilir.

İclasda oyunların nəticələrinə müdaxilə edilməsinə qarşı  əməkdaşlığın inkişaf etdirilməsi;

hər kəsin idmanla məşğul olmaq  hüququnun dəstəklənməsi;

 bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının cəlb edilməsi

məsələləri müzakirə olunacaq.

 

İclas 3 gün davam edəcək. Tədbirin açılışı sabah saat 10. 00-da “Park Inn” mehmanxanasında olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487
avatar

Oxşar yazılar