Apasport.az saytının məlumatına görə, yığmamızın yeni baş məşqçisi Robert Prosineçkiyə kömək edəcək 6-cı çalışdırıcı Yanko Yankoviç olacaq.
51 yaşlı çalışdırıcı daha çox futbolçu karyerası ilə tanınır. Xorvatiya millisində 2 matç keçirən hücumçu İspaniyada “Valyadolid”, “Ovyedo” və “Herkules”də üst-üstə 9 il çıxış edib.
O, Türkiyənin “Kayserispor” klubunda da Prosineçkinin köməkçiləri olan Qordan Çipriç və Draqan Spasiçlə birlikdə mütəxəssisin yığmamızın əcnəbi yardımçılarını təşkil edəcək.
Qeyd edək ki, 3 yerli və 3 əcnəbi ilə çalışacaq Prosineçkiyə yerli məşqçilərdən Mahmud Qurbanov, Elxan Abdullayev və Faiq Əzizov da kömək edəcək.