Daha 2 boksçumuz çempiondur: <span style="color:red;">qızıl medal sayı 21-ə çatdı
27 iyun 2015 19:22 (UTC +04:00)

Daha 2 boksçumuz çempiondur: qızıl medal sayı 21-ə çatdı

Azərbaycanın daha 2 boksçusu ilk Avropa Oyunlarında qızıl medal qazanıb.

 

Apasport.az-ın məlumatına görə, 91 kq çəki dərəcəsində İnamlı qələbələrlə finala qədər irəliləyən Abdulqadir Abdullayev üçün həlledici görüşün prinsipial xarakterli olması gözlənilsə də, o, rinqə çıxmadan qalib elan olunub. Səbəb Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanın sağlamlığında problem yarandığı üçün döyüşdən imtina etməsidi. Nəticədə Abdullayev boks komandamıza 5-ci, ölkəmizə 20-ci çempionluq sevinci yaradıb.  

 

Gənclər arasında qitə çempionu olan Pərviz Bağırov isə Avropa Oyunlarında Azərbaycana 21-ci qıxzl medalı qazandırıb.

 

P. Bağırov finalda rusiyalı Aleksandr Besputinə qalib gəlib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Oxşar yazılar