Çempionlar Liqasında görünməmiş olay
06 noyabr 2014 11:34 (UTC +04:00)

Çempionlar Liqasında görünməmiş olay

0

Çempionlar Liqasında görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Şaxtyor” (Ukrayna) BATE (Belarus) ilə iki oyunun nəticəsində 12 top fərqilə qalib gəlib. Səfərdə 7 cavabsız qol vuran Donetsk təmsilçisi öz meydanında da 5:0 hesablı qələbəyə sevinib.

 

Bu nəticə isə 1992-ci ildən indiki adla keçirilən yarışın əsas mərhələsinin ən böyük darmadağınıdı. Ukraynalılar “Bavariya”nın (Almaniya) nailiyyətini arxada qoyublar. Almanlar 2008/09 mövsümündə “Sportinq”i (Portuqaliya) 12:1 (5:0) hesabı ilə darmadağın etmişdi.

 

Əvvəl Çempionlar Kuboku adını daşıyan yarışın mütləq rekordu isə “Benfika”ya məxsusdu.

 

Portuqaliyalılar 1965/66 mövsümündə “Düdelanj”ı (Lüksemburq) 18 cavabsız qolla məğlub ediblər – 8:0, 10:0. Çempionlar Liqasının təsnifat mərhələsinin rekordunu isə HİK (Finlandiya) vurub. Skandinaviyalılar 2011/12 mövsümündə “Banqor Siti”yə (Uels) göz açmağa imkan verməmişdilər - 13:0 (3:0, 10:0).

 

Azərbaycan klublarının iştirakı ilə keçirilən Çempionlar Liqası cütlərində ən böyük hesab isə “Neftçi”nin Polşa “Vidzev”i ilə görüşlərinə təsadüf edib. 1997/98 mövsümündə Azərbaycan çempionu iki matçın nəticəsində 0:10 (0:2, 0:8) hesabı ilə uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2107

Oxşar yazılar