Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, baş tutacaq bir oyundan sonra ilk finalçı müəyyənləşəcək.
Almaniyada "Bavariya" "Barselona"nı qəbul edəcək. Səfərdə "Barselona"ya 0:3 hesabı ilə uduzan "Bavariya" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Kataloniya təmsilçisinin bu üstünlüyünü əldən verəcəyi inandırıcı görünmür.
Qeyd edək ki, digər yarımfinal cütündə "Real" və "Yuventus" komandaları üz-üzə gələcək. Bu komandalar arasında Turində keçirilən oyunda "Yuventus" qələbə qazanıb - 2:1.
12 may
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
23:45. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya)
(İlk oyun - 0:3)
13 may
23:45. "Real" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya)
(İlk oyun - 1:2)