“Rabitə” yenidən “Vakıfbank”la üz-üzə - YENİLƏNİB
09 mart 2013 21:04 (UTC +04:00)

“Rabitə” yenidən “Vakıfbank”la üz-üzə - YENİLƏNİB

Azərbaycanın “Rabitə” klubunun Çempionlar Liqasının finalında rəqibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu, Türkiyənin “Vakıfbank” klubudur.


“Vakıfbank” İstanbulda keçirilən “4-lər finalı”nın daha bir yarımfinal matçında “Qalatasaray”ı yenib – 0:3 (26:28, 17:25,  21:25).

Final görüşü martın 10-da Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Qeyd edək ki, “Rabitə” və “Vakıfbank” 2010-2011-ci il mövsümündə də finalda üz-üzə gəlib. Həmin görüşdə “Vakıfbank” qalib olub – 3:0.
 

 

****

18.12

Azərbaycanın voleybolçu qadınlardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Marçelo Abbondantsanın komandası Türkiyənin İstanbul şəhərində start götürən “4-lər finalı”nda bu uğura imza atıb.

 

Təmsilçimiz İtaliya “Yamamay”ı ilə yarımfinal qarşılaşmasında qələbə qazanıb – 3:2. “Burhan Felek” voleybol salonundakı matçın ilk 2 setində “Rabitə” çətinliklə üzləşməyib. Əvvəlcə 25:14, ardından 25:16 hesablı qələbələr əldə edən komandamız sonrakı setdə ciddi müqavimətlə üzləşib. “Yamamay” normal hesabdan kənara çıxan seti üstünlüklə tamamlamağı bacarıb – 29:27. Dördüncü seti italyanlar daha böyük fərqlə üstün tamamlayıblar – 25:19.

 

Görüşün taleyinə “tay-breyk”də aydınlıq gəlib. Bu zaman “Rabitə” əvvəldən sonadək təşəbbüsü əldən verməyib – 15:6.  

 

Digər finalçı saat 19:00-da Türkiyənin “Qalatasaray” və “Vakıfbank” komandaları arasında keçiriləcək daha bir yarımfinal görüşünün qalibi olacaq. Final qarşılaşması martın 10-da keçiriləcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Oxşar yazılar