Voleybolçu qadınlardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının “4-lər finalı”na vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Marçello Abbondantsanın komandası 1/3 finalda Rusiyanın “Dinamo” (Kazan) komandasını mübarizədən kənarlaşdırıb.
İlk görüşdən 3:1 hesablı qələbə ilə ayrılan “Rabitə” fevralın 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirdiyi cavab görüşündə qalib gəlib. 3:1.
Beləliklə, “Rabitə” ötən il Kazan “Dinamo”suna uduzmuş “Azərreyl”in qisasını alaraq, tarixində ikinci dəfə “4-lər finalı”na vəsiqə qazanıb. Həlledici mərhələdə yarımfinal mərhələsində rəqib 1/3 finalda “Azərreyl”i “qızıl set”lə mübarizədən kənarlaşdırmış İtaliya “Yamamay”ı olacaq. Türkiyədə keçiriləcək “4-lər finalı”na “Qalatasaray” ev sahibliyi edəcək. Daha bir komanda “Eczacıbaşı” – “Vakıfbank” görüşünün qalibi olacaq.