“Sərhədçi” İdman Olimpiya Mərkə
zində boks üzrə böyüklər arasında Azərbaycan
çempionatına start verilib. Lent.az-ın məlumatına görə, yarışda ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən klub və cəmiyyətlərin 216 boksçusu mübarizə aparır.
Turnirin ilk günündə çəkisi 56, 64 və 75 kq olan idmançılar rinqə çıxıb. Favoritlər çətinlik çəkmədən qələbə qazanıblar. 56 kq çəkidə mübarizə aparan Cavid Çələbiyev ölkə çempionatına qələbə ilə başlayıb. Ötən il 19 - 22 yaşlı boksçuların Avropa çempionatında bürünc medal qazanmış Çələbiyev Fərid Ağamoğlanovu 17:8 hesabı ilə məğlub edib.
Avropa çempionatının bürünc m
ükafatçısı, 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Heybətulla Hacəliyev də (64 kq) ilk qələbəsini qazanıb. Milli komandamızın üzvü Mahir Mirzəliyevi 20:6 hesabı ilə
məğlub edib. 2005-ci ilin dünya çempionatının gümüş mükafatçısı Romal Amanov da növbəti mərhələyə vəsiqə əldə edib. Təcrübəli boksçu Siyəzən idmançısı Ənvər Hacıyevi 12:2 hesabı ilə üstələyib.
2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatının iştirakçısı Emil Əhmədov (75 kq) mübarizəsiz növbəti mərhələyə yüksəlib. Onun rəqibi Şirvan təmsilçisi Pirverdi İbrahimov rinqə çıxmayıb.
London Olimpiadasının iştirakçısı Soltan Migitinov da ölkə çempionatında ilk qələbəsini qazanıb. O, Rəsul Dibirovu 3-cü raundda nokauta salıb.