Canluici Buffon İtaliya milli komandasının düşərgəsindən ayrılıb. Apasport.az saytının məlumatına görə, buna təcrübəli qapıçının zədəsi səbəb olub.
İyunun 12-də Xorvatiya ilə oyunda zədələnərək yerini Siriquya verən “Cici”nin zədəsi ciddidir. Belə ki, çiynindən zədələnərək ilk hissədən sonra əvəzlənmiş qapıçıya 10 tikiş vurulub.
Buna görə də, iyunun 16-da Portuqaliya ilə yoldaşlıq oyununda o, əsas millinin qapısını qoruya bilməyəcək. Buffonu həmin oyunda Siriqu əvəz edəcək.