Avropanın ən gəlirli futbol akademiyasının adı müəyyənləşib. Lent.az-ın məlumatına görə, İngiltərənin “Sauthempton” klubunun akademiyası heç kimin gözləmədiyi halda, siyahıda rəqiblərini qabaqlayıb. Avropanın 5 aparıcı liqasında aparılan araşdırmaya əsasən, “Sauthempton”un qitənin ən gəlirli akademiyasına sahib olduğu üzə çıxıb. Məlum olub ki, 2012-ci ilin iyul ayından bu klub akademiyasında yetişdirdiyi gəncləri satmaqla 90,2 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, “Sauthempton” İngiltərənin çempionatının cari mövsümündə 28 turdan sonra 49 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.