Cüdoçumuz <span style="color:red;">YARIMFİNALDA
25 iyun 2015 16:06 (UTC +04:00)

Cüdoçumuz YARIMFİNALDA

0

Cüdoçumuz yarımfinal yüksəlib. Lent.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Orxan Səfərov 1/4 final mərhələsində isveçrəli Çammartin Ludoviçi 11-0 hesaı ilə qalib gələrək yarımfinala yüksəlib.  Orxan Səfərov yarımfinalda ispaniyalı  Garrigos Francisco ilə üz-üzə gələcək.

 

66 kq çəki dərəcəsində millimizi təmsil edən Nicat  Şıxalızadə də məğlub olub. 1/4 finala mərhələsində portuqaliyalı rəqibinə təmiz qələbə ilə məğlub olub.

*********

Bu gün cüdoçularımız üçün uğurlu başlamayıb. Lent.az-ın məlumatına görə, bu gün mübarizə aparan 8 idmançıdan 6-sı artıq mübarizəni dayandırıb. 60 kq çəki dərəcəsində Orxan Səfərov 1/8 final mərhələsində Belarusu təmsil edən azərbaycan əsilli Asif Bağırova 12-10 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. 

 

 

 

 

***

57 kq çəki dərəcəsində millinin  liderlərindən sayılan Kifayət Qasımova məğlub olub. Lent.az-ın məlumatına görə, o, 1/16 final mərhələsində serbiyalı Yovana Roqiçlə məğlub olub. 

 

***

66 kq çəki dərəcəsində Nicat Şıxalızadə inamlı qələbə qazanıb. Lent.az-ın məlumatına görə, o, 1/16 final mərhələsində türkiyəli Sinan Sandal üzərində təmiz qələbə qazanıb. Bu çəki dərəcəsində Tərlan Kərimov isə Rusiya idmançısı Mixail Pulyayev qarşında büdrəyib. Qarşılaşma Pulyayev 10-0 hesabı ilə qalibiyyəti ilə başa çatıb.

 

***

Cüdoçularımız Avropa Oyunlarına qələbə ilə başlayıb. Lent.az-ın məlumatına görə, qadınların 48 kq çəki dərəcəsində  təmsil edən Leyla Əliyeva 1/16 final mərhələsində sloveniyalı Kristina Vrsiçlə üz-üzə gəlib.  Qarşılaşmada  Əliyeva rəqibi üzərində şido xalı qələbə qazanıb. O,  1/8 finalda belçikalı Şarlin van Sniklə gücünü sınayacaq.

Həmin çəki dərəcəsində digər cüdoçumuz Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı  qarşılaşıb.  Aişə Qurbanlı bu döyüşü təmiz qələbə ilə keçib. O, 1/8 finalda italiyalı Valentina Moskattla üz-üzə gələcək.

 

52 kq çəki dərəcəsində Səkinə Zairova isə israilli Ronu Şvartsa məğlub olub. Qarşılaşma rəqibin təmiz qələbəsi ilə başa çatıb.

 

***

10:21

Bu gün Avropa Oyunlarında cüdoçularımız mübarizəyə başlayır. Lent.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində millimizi Orxan Səfərov və İlqar Müşkiyev təmsil edəcək. Hər iki idmançımız 1/16 mərhələsindən azadır.

 

 

Qadınların 48 kq çəki dərəcəsində Azərbaycanı 2 idmançımız təmsil edəcək. Leyla Əliyeva sloveniyalı Kristina Vrsiç qarşılaşacaq.

 

Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı ilə gücünü sınayacaq.

 

52 kq çəki dərəcəsində  Səkinə Zairova israilli Roni Svartsla üz-üzə gələcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar