Bu da oldu: ilk hicablı hakim
10 noyabr 2014 18:43 (UTC +04:00)

Bu da oldu: ilk hicablı hakim

Türkiyə futbolunda tarixi hadisə baş verib. Lent.az-ın ans press-ə istinadən məlumatına görə, ilk dəfə olaraq hicablı qadın hakim futbol matçına təyinat alıb. Beynəlxalq Futbol Federasiyaları Birliyinin (FIFA) oktyabr ayında qəbul etdiyi yeni qərardan sonra Türkiyədə bu yenilik tətbiq olunmağa başlayıb. Buhra Yurdakul adlı gənc xanım Türkiyə futbol tarixinə düşdüyü üçün çox xoşbəxt olduğunu deyib.

 

 

U-15 Liqasında "Demirspor"la “Sandıklıspor” arasında baş tutan matçda yan xətt hakimi vəzifəsini yerinə yetirən hicablı hakim hər kəsin diqqətini özünə cəlb edib. Uzun qollu hakim forması geyən Buhra eyni rəngdə hicab taxıb. Xəyallarının gerçək olduğunu deyən xanım hakim çox sevincli olduğunu söyləyib: “Bir ildir ki, gözləyirdim, sonunda FİFA-nın bu qərarı ilə meydançaya çıxa bildim. Çox xoşbəxtəm. Xəyalları olan insanlar ümidini üzməsin. Mənim xəyallarım gerçək oldu”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Oxşar yazılar