Braziliya kuboka əlvida dedi
13 iyun 2016 07:29 (UTC +04:00)

Braziliya kuboka əlvida dedi

0

Amerika Kuboku-2016-da növbəti oyunlar keçirilib.

 

APA-nın məlumatına görə, bu gün “B” qrupunda 3-cü turun görüşləri baş tutub.

 

Peru yığmasına  gözlənilmədən 0:1 hesabı ilə məğlub olan Braziliya komandası Amerika Kubokunun pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

 

Braziliyalılar 3 oyunda 4 xal toplayaraq qrupda 3-cü yeri tutublar. Növbəti mərhələyə isə adıçəkilən qrupdan Peru və Ekvador milliləri adlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar