Boks yığmamız ukraynalıya əmanət edildi
03 yanvar 2017 11:48 (UTC +04:00)

Boks yığmamız ukraynalıya əmanət edildi

Kişi boksçulardan ibarət Azərbaycan millisi ukraynalı Leonid Layinskiyə həvalə edilir. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib.

 

O bildirib ki, Ukrayna millisi ilə müqaviləsi dekabrın sonunda başa çatan mütəxəssislə danışıqlar yekunlaşmaq üzrədi: “Hələlik rəsmi müqavilə bağlanmayıb. Lakin çox güman ki, yığma Layinskiyə tapşırılacaq. Anlaşma Bakıda imzalanacaq”.

 

Səfərovun sözlərinə görə, yığmamızda kubalı Pedro Roku əvəzləyəcək mütəxəssislə 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasının sonuna kimi razılıq əldə olunacaq.

 

Layinski yanvarın 13-də paytaxtımıza gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

ApaSport TV

Oxşar yazılar