Birinci Avropa Oyunlarının ilk qalibi müəyyənləşdi
13 iyun 2015 13:58 (UTC +04:00)

Birinci Avropa Oyunlarının ilk qalibi müəyyənləşdi

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında dağ velosipedi idmanı üzrə yarışlara start verilib.

 

Apasport.az saytının məlumatına görə, yalnız 1 gün davam edəcək yarışda əvvəl qadınlar qüvvəsini sınayıblar. Dağ Velosipedi Parkında baş tutan yarışa 27 idmançı qatılıb. Finiş xəttinə hamıdan tez çatan isveçrəli Yolanda Neff qızıl medala yiyələnib. Məsafəni 1 saat 31 dəqiqə 5 saniyəyə qət edən velosipedçi Avropa Oyunları tarixinə düşüb. O, Oyunların ilk çempionu olub.

 

Yolandanın həmyerlisi Katrin Stirnemann 1:33.08 nəticə ilə 2-ci olub. Polşalı Maya Vloçovska 3-cü pilləyə yiyələnib – 1:33.13.

 

Azərbaycanı burada 27-ci sıra nömrəsi ilə start xəttinə çıxan Ülfət Nəzərli təmsil edib. Lakin idmançımız finiş xəttinə çata bilməyib.
 
Qeyd edək ki, bu gün dağ velosipedi idmanında kişilərin da yarışı keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar