Bir oyunla 3 mükafat və “Yuventus”dan anti-rekord
07 iyun 2015 11:33 (UTC +04:00)

Bir oyunla 3 mükafat və “Yuventus”dan anti-rekord

0

UEFA Çempionlar Liqasının geridə qalan 2014/15 mövsümünün qalibi “Barselona”oldu. Apasport.az saytının məlumatına görə, finalda “Yuventus”u yenən (3:1)  katalonlar Avropanın ən güclüsü olmaqla yanaşı bir sıra ilklərə də imza atdılar.

 

-“Barselona” birinci Avropa komandasıdı ki, iki dəfə “qızıl het-trik” edib, həm ölkə çempionluğunu, həm ölkə kubokunu, həm də ÇL kubokunu qazanıb. Daha əvvəl isə “Seltik” (1967), “Ayaks” (1972), PSV (1988), “Mançester Yunayted” (1999), “İnter” (2010) və “Bavariya” (2013) hərəyə bir dəfə bu sevinci yaşayıblar.

 

-Çempionlar Liqasının 5-ci dəfə qalibi olan katalonlar bu göstəricidə “Bavariya” və “Liverpul”a çatıb.

 

-Kuboka qədər olan yolda “Barselona” “böyük beşlik” ölkələrindən dördünün çempionunu məğlub edib. İngiltərə (“Mançester Siti” – 1/8 final), Fransa (PSJ - ¼ final), Almaniya (“Bavariya” – yarımfinal) və İtaliya (“Yuventus” – final). Analoji uğuru daha əvvəl təkcə “İnter” qazana bilmişdi (1964).

 

-Xavi Hernandes final matçında meydana çıxaraq 151 matçla Çempionlar Liqasında ən çox forma geyinən oyunçu rekordunu müəyyənləşdirib. O, həmçinin final oyununu da nəzərə almaqla 768-ci dəfə “Bareslona”nın formasını geyinmiş oldu.

 

-Xavi həm də “Barselona” ilə 25-ci mükafatını qazanaraq İspaniya klublarında çıxış etmiş bütün futbolçuları geridə qoyub.

 

-İnyesta, Xavi və Messi “Barselona” ilə birlikdə 4-cü dəfə ÇL kubokunu qazandılar. Pikedə də bu göstərici 4-ə bərabərdi, ancaq o bir çempionluğunu “Mançester Yunayted”lə qazanıb.

 

-Tomas Vermalen bu mövsüm “Barselona”nın heyətində cəmi 1 oyun keçirə bildi. Ancaq buna baxmayaraq o, hər üç mükafatı da qazanmış oldu.

 

-Neymar ÇL-nin ¼ final, yarımfinal oyunlarının hər iki qarşılaşmasında və finalda fərqlənməyi bacardı. Bununla o, Joze Aqauşun (“Benfika”, 1961) uğurunu təkrarlamış oldu.

 

-“Yuventus” 6-cı dəfə həlledici matçda məğlub olaraq bu sahədə anti-rekorda imza atdı.

 

-Evra da öz növbəsində 4-cü dəfə finalda məğlub olmuş ilk futbolçu kimi tarixə düşüb (2004, 2009, 2011, 2015). Bu müddətdə o, “Monako”, “Mançester Yunayted” və “Yuventus”un formasını geyinib.

 

-Alvaro Morata hər iki yarımfinalda və finalda fərqlənməyi bacaran ilk ispan futbolçu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar