Braziliya Futbol Konfederasiyası ölkənin yığma komandasının baş məşqçisi Tite ilə müqavilənin müddətini uzadıb.
APA-nın xəbərinə görə, bu barədə BFK-nin mətbuat xidməti məlumat verib.
Belə ki, yeni müqavilənin şərtlərinə görə Tite Qətərdə keçiriləcək dünya çempionatı daxil olmaqla 2022-ci ilədək Braziliya yığmasına başçılıq edəcək.
Tite Braziliya millisinin baş məşqçisi vəzifəsinə 2016-cı ildə təyin edilib. Onun rəhbərliyi altında Braziliya 26 oyun keçirib, 20 qələbə qazanıb, 4 dəfə heç-heçə edib və cəmi 2 dəfə məğlub olub.