Berti Foqs nəticədən "xəcalət çəkmədiyini" bildirib
26 mart 2013 23:25 (UTC +04:00)

Berti Foqs nəticədən "xəcalət çəkmədiyini" bildirib

“Hakimin belə qərarından sonra biz hesabla razı olmalıyıq. Amma oyundan razı ola bilmərəm. Belə güclü rəqibə qarşı 10 nəfərlə oynamaq çətin idi”. Lent.az-ın məlumatına görə, bunu Portuqaliya yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçından sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Onun fikrincə, matçda daha çox qol ola bilərdi: “Təəssüflər olsun ki, 2 qol oldu. Rəqibin heyətində həqiqətən də bir neçə güclü oyunçu var. Bizdə də az da olsa, şanslar var idi. Bir neçə futbolçunun sonadək oynamağa gücü yetmədi. Amma mən daha yaxşı oyun gözləyirdim. İstənilən halda biz rəqibi təbrik etməliyik”.

Baş məşqçi yığmamıza rəhbərlik etdiyi 5 il ərzində nəticələrdən xəcalət çəkmədiyini bildirib: “Azərbaycan futbolu inkişaf prosesindədir. Hər iki komandaların oyunçularını müqayisə etdikdə, fərqi görə bilərsiniz. Son illərdə çoxlu gənc futbolçu cəlb olunub. 10 günlük təlim-məşq toplantısı azdır. Milliyə cəlb olunanlar öz klublarında daha çox oynamalıdırlar. Milli çempionat və Avropa kuboklarından fərqli olaraq, 4 gün ərzində 2 oyun – səfərdə və evdə keçirdik”.

Qeyd edək ki, Azərbaycan millisi Portuqaliyaya 0:2 hesabı ilə uduzub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1492
avatar

Oxşar yazılar