Berlində “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçiriləcək
11 oktyabr 2014 16:24 (UTC +04:00)

Berlində “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçiriləcək

0

Oktyabrın 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Berlində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçiriləcək. Lent.az-ın məlumatına görə, təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin indiyə qədər gördüyü hazırlıq işləri, Azərbaycanın idman sahəsindəki uğurları haqqında məlumat veriləcək.

 

Eyni zamanda, hazırlıq prosesini əks etdirən film nümayiş olunacaq. Tədbirdə əməkdar artist Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” ansamblının çıxışı da olacaq.

 

Heydər Əliyev Fondu tərəfindən bu günədək Kann, Afina şəhərlərində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Bu təqdimatların daha bir neçə ölkədə keçirilməsi nəzərdə tutulub.

 

Birinci Avropa oyunları 2015-ci il iyunun 12-dən 28-dək baş tutacaq. 17 gün ərzində 6 mindən çox idmançı 20 idman növündə rəqabət aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 859

Oxşar yazılar