“Qalatasaray” klubunun sabiq futbolçusu Arif Ərdəm Türkiyədən qaçıb.
Lent,.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən məşhur futbolçusu haqqında "FETÖ-PDY təşkilatına üzv olmaq ittihamı ilə tutulma əmri verilib.
Arif Ərdəmin Türkiyədə baş tutmayan hərbi çevrilişdən 8 gün sonra, yəni iyulun 23-də Ədirnə vilayətinin İpsala sərhəd məntəqəsindən Yunanıstana qaçdığı bildirilir.
1991-2005-ci illərdə “Qalatasaray” klubunun şərəfini qoruyan Arif Erdem 60 dəfə Türkiyə millisinin formasını geyinib.