Bekhem “Arsenal”da
29 yanvar 2013 10:32 (UTC +04:00)

Bekhem “Arsenal”da

Futbol üzrə İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem yanvarın 29-dan London “Arsenal”ının heyətində məşqlərə başlayacaq. Lent.az-ın “The Sun”a istinadən verdiyi məlumata görə, 37 yaşlı yarımmüdafiəçi yeni komanda tapanadək formasını qorumaq üçün bu addımı atıb.

 

O, 2012-ci ilin sonlarında ABŞ-ın “Los-Anceles Qelaksi” klubunu tərk edib. Bununla da Bekhem okeanın o tayında 5 illik karyerasına son qoyub. Ulduz futbolçunun “Arsenal”a dəvət olunmasının təşəbbüskarı baş məşqçi Arsen Venger olub. Fransalı mütəxəssisin fikrincə, belə oyunçu ilə yanaşı məşqlər gənclərə faydalıdır. İngiltərəli xavbek 2008-ci ilin yanvarında “Arsenal”ın əvəzediciləri ilə də birgə hazırlıq keçib.

 

Qeyd edək ki, Devid Bekhemlə İtaliyanın “Milan”, Fransanın PSJ, İngiltərənin KPR və “Vest Hem” klublarının maraqlandığı bildirilir. Bekhem artıq 2009-cu və 2010-cu illərdə “Milan”ın şərəfini qoruyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Oxşar yazılar