Başı betona çırpılan futbolçu öldü
15 may 2015 00:09 (UTC +04:00)

Başı betona çırpılan futbolçu öldü

Argentinanın aşağı dəstələrindən birində mübarizə aparan “San Martin de Burzako”nun müdafiəçisi Emanuel Orteqa 11 gün davam edən komadan sonra vəfat edib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu mayın 3-də “Yuventude”yə qarşı oyunda  yıxılaraq başını meydançanı əhatə edən beton arakəsməyə çırpmışdı.

 

Futbolçu təcili olaraq xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

 

Baş verən hadisədən sonra Argentina Futbol Federasiyası bu həftəsonu bütün daxili futbol yarışlarını təxirə salıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar