Yanvarın 31-də Bakı şəhərinin Suraxanı rayonunda itkin düşmüş qız tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 15 yaşlı Ə.M həmin gün atasına sinif yoldaşından kitab alacağını deyib və evdən çıxıb. Lakin yeniyetmə qız daha sonra evə qayıtmayıb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.M fevralın 6-da tapılıb və ailəsinə təhvil verilib.
Hazırda 15 yaşlı qızın bir həftə müddətində harada olması, nə işlə məşğul olması və digər maraqlı məqamlar araşdırılır.