Bakı 2015: daha 8 ölkənin idmançıları Bakıda
10 iyun 2015 03:59 (UTC +04:00)

Bakı 2015: daha 8 ölkənin idmançıları Bakıda

0

Ölkəmizdə keçiriləcək  I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Çexiya, Belarus, İsveçrə, Hollandiya, İtaliya, Fransa, Serbiya, Böyük Britaniyanın idmançıları Azərbaycana gəliblər. APA-nın məlumatına görə, onları Heydər Əliyev adına Hava Limanında  Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri qarşılayıblar.

 

İdmançılar daha sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında sözügedən ölkələrin jurnalistlər və nümayəndə heyətləri də olublar. 4 ölkədən olan media nümayəndələrini Heydər Əliyev adına Hava Limanında  Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.

 

Qeyd edək ki, yarışlara kimi Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev adına Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərəcək.

 

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar