Azərbaycanlı qız dünya çempionu oldu
13 noyabr 2014 11:15 (UTC +04:00)

Azərbaycanlı qız dünya çempionu oldu

Noyabrın 12-dən Amerikanın Florida ştatında Pauerliftinq üzrə növbəti dünya çempionatı start götürüb. Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bu çempionatda həmyerlimiz, Azərbaycan yığma komandasının favoriti, 2012-2014- cü illər ərzində üçqat mütləq Avropa, ikiqat mütləq dünya çempionu, Heydər Əliyev kubokunun sahibi olan Günel Talıbova da çıxış edib. O, növbəti dəfə dünya çempionu olub. Üç hərəkətin cəmi olaraq xanım idmançımız 56 kq çəki dərəcəsində 430 (150-90-190) kq qaldırıb. Bununla da yeni dünya rekordlarını təzələyib. 

Qeyd edək ki, Günel Talıbova mütləq dünya rekordçusudur. Onun haqqında Amerikanın, Rusiyanın və digər ölkələrin mətbuatında kifayət qədər yazılar dərc olunub. Həmçinin xeyli sayda müsahibələri yerli və dünya mətbuatda yer alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1484
avatar

Tengiz Məmmədov

Oxşar yazılar