Azərbaycanlı idmançı Kamil Zeynallı “Neftçi” klubunun futbolçusu Katalin Tiranı müdafiə edib. Lent.az-ın məlumatına görə, K.Zeynallı bildirib ki, “Qarabağ”la çempionat oyununda azarkeşə əl qaldıran K.Tiraya dəstəkdir: ""Neftçi” adlı, Salı klubdur. Azarkeşləri böyükdür. Yəqin, bir-birimizi başa düşərik. Gəlin mənlə söhbət edin”.
Qeyd edək ki, K.Tira isə etdiyi əmələ görə peşman olduğunu deyib: “Dünən baş verən hadisəyə görə, həqiqətən, təəssüflənirəm. Mən bu hərəkətə sadəcə, öz komanda yoldaşımı müdafiə etmək üçün yol verdim. Bilmirdim ki, o, bizim azarkeşimizdi. Elə bildim ki, “Qarabağ”ın fanatıdı”.
Onu da bildirək ki, Kamil Zeynallı həmçinin, müğənni Gülay Zeynallının əridir.