Braziliya yığmasının sabiq qapıçısı Rojerio Seni bu günlərdə karyerasının növbəti qolunu vurub. “San-Paulo”nun 41 yaşlı qolkiperi “Bayi” ilə matçda cərimə zərbəsindən fərqlənib. Lent.az-ın məlumatına görə, bu, Seninin karyerası ərzində vurduğu 123-cü qol olub. Dünyanın ən məhsuldar qapıçısı olan Seni Braziliya çempionatının cari mövsümündə 8 dəfə adını tabloya yazdırıb.
Qeyd edək ki, təcrübəli çərçivə qoruyucusu bu ilin sonunda karyerasını bitirəcək.