“Qəbələ”nin idman direktoru Toni Adams ürəyindən təcili əməliyyata məruz qalıb. Apasport.az saytının məlumatına görə, bu barədə “SKY Sport”a keçmiş futbolçu özü məlumat verib.
Məşqlərin birində ürəyində ağrılar hiss elədiyini deyən Adams, təcili Bakıya gətirildiyini və əməliyyat olunduğunu bildirib: “Qəbələ”nin məşqlərindən birində sinəmdə ağrılar hiss elədim. Təcili Bakıya gətirildim və klinikaların birində əməliyyata alındım. Ürəyimdə angioplastika əməliyyatı edildi. Azərbaycanlı cərrah o qədər gözəl və dəqiq iş görmüşdü ki, hətta mənim Britaniyadakı kardioloqum belə buna heyran olmuşdu. Tam əminliklə deyə bilərəm ki, kardioloq-cərrah Üzeyir Rəhimov və onun komandası olmasaydı, həyatımı xilas etmək çox çətin olacaqdı. Təxirəsalınmaz əməliyyat sayəsində hazırda həyatdayam”.