Noyabrın 18-də Ukrayna və Litva yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri müəyyənləşib. Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, Kiyevdə baş tutacaq görüşü azərbaycanlı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Namiq Hüseynov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə ukraynalı Sergey Lisençuk yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 18-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.