Azərbaycan karateçisi, dördqat dünya, on ikiqat Avropa çempionu Rafael Ağayev nişanlanıb. Lent.az-ın məlumatına görə, tanınmış idmançının nişanı ötən gün restoranlarının birində baş tutub.
Qeyd edək ki, R.Ağayev bu ilin əvvəlində müsahibə verərəkən şəxsi həyatı barədə bu sözləri demişdi: “29 yaşımda münasibətdə olduğum bir xanım var idi. Ailə qurmaq istəmişdim. Müəyyən səbəblərdən qismət olmadı, ayrıldıq. Bu ayrılıqdan sonra ailə qurmaq haqda düşünməmişəm. Amma fikirləşirəm. İnşallah, qismət olarsa, ailə qurmağın vaxtıdır. Hər dəfə evdən deyirlər ki, ay Rafael, evlən”.