Azərbaycanla oyun öncəsi İtaliya yığmasında növbəti itki
10 oktyabr 2014 10:39 (UTC +04:00)

Azərbaycanla oyun öncəsi İtaliya yığmasında növbəti itki

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün yığmamızla qarşılaşacaq İtaliya millisi daha bir itki ilə üzləşib. Lent.az-ın məlumatına görə, Pablo Osvaldo və Tiaqo Mottanın ardınca Marko Verratti də sıradan çıxıb. “Skuadra Adzurra”nın həkimi Enriko Kastellatsi gənc yarımmüdafiəçinin Azərbaycan yığmasına qarşı oynamayacağını bildirib. Verratti ən yaxşı halda Malta ilə görüşə çıxa bilər. Qeyd edək ki, Corcio Kyellininin qarşılaşmadakı iştirakı isə sual altındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518
avatar

Tengiz Məmmədov

Oxşar yazılar