Azərbaycan Avropa Oyunlarında ilk medalını qazandı
13 iyun 2015 17:28 (UTC +04:00)

Azərbaycan Avropa Oyunlarında ilk medalını qazandı

0

55 kq çəki dərəcəsində karate yığmamızın üzvü İlahə Qasımova bürünc medal qazanıb. Lent.az-ın məlumatına görə, qadın karateçi birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib.

 

Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.

 

Karateçimiz yarımfinalda fransalı Emilya Tuoyla qüvvəsini sınıyıb. Görüş 6-1 hesabı ilə Fransa idmançısının xeyrinə olub. Qasimova bürüc medal uğrunda döyüşdə ispaniyalı  Garcia Ferrer  Christinanı 5-2 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar