Azərbaycanın daha bir milli komandasına əcnəbi gətirilir
01 may 2013 18:58 (UTC +04:00)

Azərbaycanın daha bir milli komandasına əcnəbi gətirilir

Kənd təsərrüfatı naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti İsmət Abasov Avropa  Stolüstü Tennis Birliyinin (ASTB) baş katibi Cenni Dom və baş meneceri Roman Plese ilə görüşüb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşün əsas məqsədi ASTF ilə ASTB arasında əməkdaşlıq imkanlarının və Azərbaycanda bu idman növünün gələcək inkişafının müzakirəsi olub.

 

O, ASTF-nin fəaliyyəti barədə geniş məlumat verərək onun əldə etdiyi uğurlar, Avropa standartlarına cavab verən texniki təchizatı, beynəlxalq yarışlarda iştirakı, ümumilikdə Azərbaycanda bu idman növünə böyük maraq olduğunu qonağın diqqətinə çatdırıb. Qeyd edib ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında başqa idman növləri ilə yanaşı, stolüstü tennis yarışlarının da keçirilməsi üçün böyük potensial var və yarışlar peşəkarlıqla təşkil olunacaq.

 

Nazir Azərbaycanda federasiyanın daha da inkişafının gücləndirilməsi məqsədi ilə Avropadan yeni məşqçinin dəvət olunması üçün Domaya müraciət edib. ASTB-nin baş katibi isə səmimi qəbula görə təşəkkürünü və stolüstü tennisin də Avropa Oyunlarında layiqincə təmsil olunacağına əminliyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549
avatar

Oxşar yazılar