Azərbaycanda azarkeşləri söyən məşqçi cəzalandırıldı
05 mart 2013 14:20 (UTC +04:00)

Azərbaycanda azarkeşləri söyən məşqçi cəzalandırıldı

AFFA İntizam Komitəsi “Sumqayıt” klubunun məşqçisi Mehman Yunusovu sərt cəzalandırıb. Lent.az-ın məlumatına görə, buna Yunusovun “Xəzər Lənkəran”la Topaz Premyer Liqasının XXII tur matçı zamanı azarkeşləri təhqir etməsi səbəb olub.

 

Məşqçi 67-ci dəqiqədə etdiyi hərəkət üzündən 5 oyunluq cəzaya məhkum edilib. Onun klubu isə 5000 manat cərimələnib.

 

İntizam Komitəsi AZAL-a 1:6 hesabı ilə uduzan “Qəbələ”ni də cəzalandırıb. 83-cü dəqiqədə “Qəbələ”nin futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Müdafiəçi 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. Matç başa çatdıqdan sonra  “Qəbələ”nin futbolçuları stadionun soyunub-geyinmə otağının pəncərəsi sındırıblar. Əyalət klubu dəymiş zərərə uyğun olaraq AZAL-ın təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir. Paytaxt təmsilçisi də 1000 manat cərimələnib. Buna isə AZAL-ın 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.

 

“Bakı” ilə görüşdə 5, “Simurq”la matçda 6, “Bakı” ilə qarşılaşmada isə 4 futbolçusu sarı vərəqə alan “İnter”, “Kəpəz” və “Rəvan” hərəyə 1000 manat ziyana düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876
avatar

Oxşar yazılar