İranın paytaxtı Tehranda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun püşkü atılıb. Lent.az-ın məlumatına görə, Azərbaycan yığması Türkiyə, İran, Qazaxstan və Macarıstanla birgə B qrupuna düşüb.
A qrupunda isə Rusiya, Bolqarıstan, Belarus, Koreya və Ermənistan yer alıb.
Millimiz ilk görüşünü fevralın 19-da Türkiyə yığmasına qarşı keçirəcək. Görüşlər Bakı vaxtı ilə səhər saat 10:00-da başlayacaq.