Qadın idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Yuryeviç Pravdin qəflətən dünyasını dəyişib. Bu barədə Lent.az-a Azərbaycan Gimnastika Federasiyasından bildirilib. Baş məşqçi bu gün vəfat edib.
Federasiya A.Yuryeviçin qohumları və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların dərdinə şərik olduğunu bildirir.