AFFA 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə müxtəlif namizədlərlə danışıqlar aparılır. Lent.az-ın məlumatına görə, namizədlərdən biri, ispaniyalı mütəxəssis Patrisia Qonzales hazırda Bakıda səfərdədir.
Qonzales UEFA-nın B, A və PRo məşqçi lisenziyasına malikdir. Madrid şəhərindəki Camilo Jose Cela Universitini Fiziki Hazırlıq və İdman Elmi ixtisası üzrə bitirib. "Rayo Valyekano" klubunun qadınlardan ibarət B komandasının baş məşqçisi, habelə adıçəkilən klubun qadınlardan ibarət bütün yaş qrupları üzrə komandalarının kordinatoru vəzifəsində çalışır.